Gündüz İsmayılov: “Dövlət Komitəsi nurçuluqla bağlı dini ədəbiyyatlara məhdudiyyət qoyduqdan sonra quruma yüzlərlə şikayət daxil olub”

Gündüz İsmayılov: “Dövlət Komitəsi nurçuluqla bağlı dini ədəbiyyatlara məhdudiyyət qoyduqdan sonra quruma yüzlərlə şikayət daxil olub”
# 29 avqust 2016 09:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2009-cu ildə nurçuluqla bağlı dini ədəbiyyatların Azərbaycana idxalı, ixracı, kütləvi çapına məhdudiyyət qoyduqdan sonra Dövlət Komitəsinə yüzlərlə şikayət daxil olub.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib.

G. İsmayılov deyib ki, nurçuluqla bağlı dini ədəbiyyatlarla bağlı qadağa ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciətlər, məktublar ünvanlanıb: “Həmin müraciətlərə, məktublara mənfi cavab verdiyimiz üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yüzlərlə şikayət daxil olub. Bütün bunların hamısı açıq olan məsələlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR