Ucar. Zahid Abışov - APA. Ucar rayonunda güclü külək nəticəsində aşan iri gövdəli ağac dayanmış minik maşınının üstünə düşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar şəhərinin Oğuz küçəsində baş verib. Ucar rayonun Bərgüşad kənd sakini Pünhan Abdulrəhmanova məxsus 61-BE- 689 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı maşının üzərinə düşən ağac onu yararsız hala salıb. Hadisə baş verən vaxt sürücü maşında olmayıb.