Ucarda güclü külək iri ağacı avtomobilin üzərinə aşırıb

Ucarda güclü külək iri ağacı avtomobilin üzərinə aşırıb
# 22 aprel 2016 13:33 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda güclü külək nəticəsində aşan iri gövdəli ağac dayanmış minik maşınının üstünə düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar şəhərinin Oğuz küçəsində baş verib. Ucar rayonun Bərgüşad kənd sakini Pünhan Abdulrəhmanova məxsus 61-BE- 689 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı maşının üzərinə düşən ağac onu yararsız hala salıb. Hadisə baş verən vaxt sürücü maşında olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR