Dağıstanda terrorçular kənd məktəbini yandırıblar

Dağıstanda terrorçular kənd məktəbini yandırıblar
# 22 iyun 2016 11:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Dağıstanda kənd məktəbində yanğın baş verib.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə Şamil rayonunun Teletl kənində qeydə alınıb. İlkin məlumata əsasən ərazidə fəaliyyət göstərən qanunsuz hərbi birləşmə iştirakçıları tərəfindən 2 saylı məktəbdə yanğın törədilib.

Yanğın 200 kv. metr ərazini əhatə edib. Hadisə nəticəsinə heç kəs xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR