İŞİD İraqdakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD İraqdakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
# 10 may 2016 00:13 (UTC +04:00)

Bakı-APA. İraqın Baakuba şəhərində minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 16, yaralıların isə 54 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 12 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilirdi.

Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib. İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Son məlumatlara əsasən, ölənlər arasında çox sayda uşaqlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR