KİV: SOCAR Gürcüstana qaz nəqlini 500 min kubmetr artırmağa və qiyməti aşağı salmağa hazırdır

KİV: SOCAR Gürcüstana qaz nəqlini 500 min kubmetr artırmağa və qiyməti aşağı salmağa hazırdır
# 26 fevral 2016 12:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan qaz nəqli ilə bağlı Gürcüstan hökumətinə yeni təkliflər verib. "APA-Economics" xəbər verir ki, bu barədə "Tabula TV"-yə Gürcüstanın Neft və Qaz Korporasiyasındakı mənbə xəbər verib.

Onun sözlərinə görə, SOCAR əlavə olaraq 500 mln. kubmetr qaz nəql etməyə hazırdır. Bununla yanaşı, SOCAR nəql olunan qazın qiymətinin aşağı salmağa da razıdır.

Qeyd edək ki, hazırda SOCAR Gürcüstana gündəlik 6-6,5 mln. kubmetr həcmində qaz nəql edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR