Rusiya ordusunun Suriyadakı əməliyyatları zamanı 5 hərbçi ölüb

Rusiya ordusunun Suriyadakı əməliyyatları zamanı 5 hərbçi ölüb
# 17 mart 2016 17:31 (UTC +04:00)

Bakı-APA. Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlar zamanı 5 hərbçi ölüb. APA-nın məlumatına görə, bu barədə “Reuters”ə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Peskov məlumatla bağlı digər detalları açıqlamayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Kremldə dövlət mükafatlarının təqdimatı mərasimində Suriyada həlak olan 5 hərbçinin həyat yoldaşına başsağlığı bildirib.

Suriyada həlak olan hərbçilərdən Oleq Peşkov, Aleksandr Pozınıç və Vadim Kostenko barədə Rusiya mətbuatı məlumat yaymışdı.

Digər iki hərbçi İvan Çeremisin və Fyodor Juravlyov barədə əvvəllər heç bir məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR