Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında memorandum imzalanıb

Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında memorandum imzalanıb
# 27 sentyabr 2016 16:03 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR