Azərbaycan sənətçiləri Almaniyada konsert proqramı ilə çıxış edib

Azərbaycan sənətçiləri Almaniyada konsert proqramı ilə çıxış edib
# 19 aprel 2016 16:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın xalq artistləri Ramiz Quliyev, Aftandil İsrafilov və əməkdar artisti Yaqub Zurufçu Almaniyanın bir sıra şəhərlərində “Böyük Azərbaycan musiqisi” adlı geniş konsert proqramı ilə çıxış edib.

APA-nın məlumatına görə, konsertlər Hamburqun “Laytsxoll” (`Laeiszhalle), Köln şəhərinin “Sartori xoll” (Sartory), Frankfurtun “Xofxaym” (Stadthalle Hofheim) zallarında baş tutub.

Konsertdə Almaniyada fəaliyyət göstərən “Daisi” rəqs ansamblı da iştirak edib. Musiqiçilər London və Mançester şəhərlərində yeni konsert proqramı ilə çıxış etmək üçün dəvət alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR