Dənizkənarı Milli Parkda daha bir nəfər intihara cəhd edib

Dənizkənarı Milli Parkda daha bir nəfər intihara cəhd edib
# 26 sentyabr 2015 11:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dənizkənarı Milli Parkda daha bir nəfər intihara cəhd edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola nəzarətsiz ərazidə) bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, səhər saatlarında başqa bir vətəndaş da Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq intihara cəhd edib. Hadisə yerinə gələn xilasedicilər həmin şəxsi xilas ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR