SOCAR: Bəzi KİV vitse-prezident Elşad Nəsirovun fikirlərini təhrif edib

SOCAR: Bəzi KİV vitse-prezident Elşad Nəsirovun fikirlərini təhrif edib
# 01 fevral 2016 13:30 (UTC +04:00)

Bakı - APA-Economics. Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış "Azərbaycan "Azərenerji" üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz almağı nəzərdə tutur" məlumatı həqiqəti əks etdirmir. "APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda deyilir.

"Elşad Nəsirov bildirmişdir ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, "AzMeCo", "Azərenerji" və ya digər şirkətlər daha sərfəli şərtlərlə "Qazprom"dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər", - deyə məlumatda bildirlir.

Qeyd edək ki, bundan öncə E. Nəsirov bildirib ki, SOCAR "Azərenerji" ASC-yə əlavə qaz almaq üçün infrastruktur təklif edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR