Bakının daha bir küçəsində təmir işləri yekunlaşıb

Bakının daha bir küçəsində təmir işləri yekunlaşıb
# 03 iyun 2016 08:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Prezident İlham Əliyevin təmirə ehtiyacı olan küçə və prospektlərin, avtomobil yollarının təmir edilərək yenidən vətəndaşların istifadəsinə verilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən "Azəravtoyol" ASC tərəfindən Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində təmir-bərpa işləri aparılıb. "Azəravtoyol"dan "APA-Economics"ə verilən xəbərə görə, uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra artıq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzülüb.

Bundan başqa, asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənib.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR