Uralda 1 milyondan çox sakin elektrik enerjisiz qalıb

Uralda 1 milyondan çox sakin elektrik enerjisiz qalıb
# 02 iyul 2016 20:36 (UTC +04:00)

Bakı-APA. Rusiyada magistral elektrik xəttində baş vermiş qəza nəticəsində “Başqırdıstan Elektrik Şəbəkəsi” şirkəti tərəfindən elektrik enerjisinin verilişində fasilə yaranıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nəticədə Ural regionunda 1 milyondan çox sakin elektrik enerjisiz qalıb.

“Ümumilikdə 1.138.200 nəfər işıqsız qalıb”, - deyə şirkətin məlumatında bildirilir.

Məlumata görə, Başqırdıstanda 703,4 min, Çelyabinsk vilayətində 430 min, Orenburq vilayətində 4,8 minədək sakin elektrik enerjisiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR