Dünya birjalarında qızıl 5 dollara yaxın bahalaşıb

Dünya birjalarında qızıl 5 dollara yaxın bahalaşıb
# 11 may 2016 07:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,26% - 17 928,35 bəndədək, S&P 500 1,25% - 2 084,39 bəndədək, NASDAQ 1,26% - 4 809,88 bəndədək artıb.

APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% - 6 156,81 bəndədək, Almaniya DAX-ı 0,65% - 10 045,44 bəndədək, Fransa CAC-40-ı 0,36% - 4 338,21 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,61 dollar bahalaşaraq 1 270,45 dollara, gümüş isə 0,16 dollar artaraq 17,25 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR