Qəbələdə su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib

Qəbələdə su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib
# 22 iyun 2016 10:47 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzi, Dövlət Sularda Xilasetmə Xidməti və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “2016-cı ilin yay-çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində yerli icra və özünüidarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi” mövzusunda müşavirə keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon İcra Hakimiyyəti binasında keçirilən tədbirdə FHN-nin əməkdaşları, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, rayon təhsil şöbəsinin, mərkəzi rayon xəstəxanasının, gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları çıxış edərək Fövqəladə Hallar Nazirliyi tərəfindən respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, FHN Şimal-Qərb Regional Mərkəzinin əhatə etdiyi 10 rayonda fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən söz açıblar. Toplantıda Qəbələ rayonu ərazisində yerləşən su hövzələrində aparılan monitorinqlərin nəticələri barədə ətraflı məlumat verilib, qarşıya çıxan problemlərin aradan qaldırılmasında yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətinin zəruriliyi qeyd olunub.

Sonra idarə və təşkilat rəhbərləri ediblər, təkliflər irəli sürüblər. Sonda mövzu ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və broşürlar paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR