Kənan Yavuz: "Rövnəq Abdullayev "Petrol Ofisi"nin göstəricilərini araşdırmaq üçün tapşırıq verib"

Kənan Yavuz: "Rövnəq Abdullayev "Petrol Ofisi"nin göstəricilərini araşdırmaq üçün tapşırıq verib"
# 06 aprel 2016 10:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuz SOCAR tərəfindən Türkiyədəki "Petrol Ofisi" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin alınması məsələsinə aydınlıq gətirib.

"APA-Economics"in məlumatına görə, K. Yavuz "Sabah" qəzetinə açıqlamasında bildirib ki, SOCAR prezidenti Rövnəq Abdullayev "Petrol Ofisi" şirkətinin müvafiq göstəricilərini araşdırmaq üçün tapşırıq verib. Bununla yanaşı, baş icraçı direktor bildirib ki, R. Abdullayevin müvafiq tapşırığı "Petrol Ofisi" şirkətinin mütləq şəkildə satın alınması anlamına gəlmir. "Hər hansı irəliləyiş olarsa, ictimaiyyət məlumatlandırılacaq", - deyə K. Yavuz bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR