“Mədəniyyət” telekanalının lisenziyasının uzadılmasına baxılacaq

“Mədəniyyət” telekanalının lisenziyasının uzadılmasına baxılacaq
# 15 sentyabr 2016 14:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Mədəniyyət” telekanalının lisenziyasının uzadılması məsələsinə baxılacaq. Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, yaxın günlərdə “Mədəniyyət” telekanalı lisenziyanın uzadılması ilə bağlı sənədlərini aidiyyəti üzrə təqdim edəcək.

Qeyd edək ki, MTRŞ-nın 22 oktyabr 2010-cu il tarixli qərarı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə mədəniyyət sahəsi üzrə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR