Fəaliyyətini bərpa etməkdə olan bankın rəhbərliyində dəyişiklik olub

Fəaliyyətini bərpa etməkdə olan bankın rəhbərliyində dəyişiklik olub
# 14 mart 2016 06:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "NBC Bank" ASC-nin rəhbərliyində dəyişiklik baş verib.

"APA-Economics" xəbər verir ki, İdarə Heyətinin sədr müavini Laçın Əliyev işdən çıxıb.


Qeyd edək ki, bundan sonra İdarə Heyəti Elçin Məmmədov, Səid Qasımov, Ofeliya Həmidova ilə təmsil olunacaq.


Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “NBCBank” ASC-nin bank lisenziyası ləğv edilib. İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə isə “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərar ləğv edilib. Bundan sonra "NBC Bank", "Parabank" və "KredoBank" konsolidasiya ilə bağlı niyyət protokolu imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR