PKK Elazığdakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

PKK Elazığdakı terror aktına görə məsuliyyəti üzərinə götürüb
# 19 avqust 2016 14:53 (UTC +04:00)

Bakı-APA. Dünən Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bomba yüklü mikroavtobusla törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı öz üzərinə götürüb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, PKK internet saytında yaydığı açıqlamada Elazığ Polis İdarəsi qarşısında partlayış törətdiyini bəyan edib.

Xatırladaq ki, dünənki terror aktı nəticəsində 3 polis şəhid olub, 146 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR