Bakıda kafedə yanğın olub

Bakıda kafedə yanğın olub
# 04 sentyabr 2016 19:08 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus kafenin ərazisində ümumi sahəsi 10 m² olan otağın lambirindən ibarət tavanı 10 m² sahədə və yaxınlıqda yığılmış 15 m² sahədə məişət tullantıları yanıb.

Otağın qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR