"Valensiya" klubunun baş məşqçisi istefaya göndərilib

"Valensiya" klubunun baş məşqçisi istefaya göndərilib
# 30 mart 2016 18:24 (UTC +04:00)

Bakı-APA. İspaniyanın “Valensiya” klubu baş məşqçi, sabiq “Mançester Yunayted” klubunun kapitanı Harri Nevili istefaya göndərib.

APA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat verib.

İstefaya klubun cari mövsümdə uğursuz çıxışı səbəb olub. Hazırda “Valensiya” klubu İspaniya çempionatında 14-cü yeri tutur.

Qeyd edək ki, H.Nevil 2015-ci ilin dekabrında baş məşqçi vəzifəsinə təyin edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR