İndoneziyada dörd narkotik alverçisi edam edilib

İndoneziyada dörd narkotik alverçisi edam edilib
# 29 iyul 2016 00:16 (UTC +04:00)

Bakı-APA. İndoneziyada BMT və dünya ictimaiyyətin tənqidinə baxmayaraq barələrində ölüm hökmü çıxarılmış 14 narkotik alverçisindən dördü edam edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, güllələnən şəxslərdən üçü nigeriyalı, bir nəfər isə yerli sakindir.

Edam Bakı vaxtı ilə 22.00-da baş tutub.

Barələrində ölüm hökmü çıxarılmış digər 10 şəxs barədə hələlik heç bir məlumat verilmir. Onların hamısının narkotik vasitələrlə əlaqəli cinayət işlər üzrə məhkum olunublar. 14 narkotik alverçisindən 10-nun əcnəbi olduğu bildirilir. Onların milliyyəti barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR