Ağcabədi sakini özünü yandırıb - FOTO

Ağcabədi sakini özünü yandırıb - <span style="color: red;">FOTO
# 10 aprel 2016 09:09 (UTC +04:00)

Ağcabədi.Ziya Əmirxanlı-APA. Ağcabədi sakini özünü yandırıb.

APA-nın məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Həsənov Ziyaməddin Məhərrəm oğlu maşınındakı ehtiyat saxladığı benzinlə özünü yandırıb.

Yanıq xəsarəti alan Z.Həsənov Ağcabədi Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yaralının həyatı təhlükəsi yoxdur. Z.Həsənov ilkin izahatında həmkəndlisi Azər adlı şəxs ona məxsus olan torpaq sahəsində qanunsuz qazıntı işləri apardığı üçün etiraz əlaməti olaraq özünü yandırdığını bildirib.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR