Bakıda səfirlik avtomobilinin iştirakı ilə zəncirvarı qəza baş verib

Bakıda səfirlik avtomobilinin iştirakı ilə zəncirvarı qəza baş verib
# 01 avqust 2016 10:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda zəncirvarı qəza baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes”, “Nissan” və “Opel” markalı avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Qəzaya düşən maşınlardan biri, “Opel” markalı avtomobil diplomatik nümayəndəliklərdən birinə məxsus olub.

Qəza səbəbindən Heydər Əliyev prospektində tıxac yaranıb.

Nizami rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR