Deputat Novruz Aslanov seçiciləri qəbul edib

Deputat Novruz Aslanov seçiciləri qəbul edib
# 05 avqust 2016 08:29 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov hər həftənin 4-cü günü deputat seçildiyi İsmayıllı rayonuna səfərlər edir. Deputatın qərargahından APA-ya verilən məlumata görə, məqsəd seçicilərini qəbul edərək onların üzləşdiyi problemlərlə yaxından tanış olmaq və səlahiyyətləri çərçivəsində problemlərin həllinə dəstək verməkdən ibarətdir.

Avqustun 4-də millət vəkili İsmayıllı rayonuna növbəti belə səfərini edərək Uştal, Soltankənd və Qələyə kəndlərində seçicilərini qəbul edib. Qəbula gələn sakinlər şəxsi məişət problemləri ilə yanaşı kəndin içməli su və mavi yanacaqla bağlı problemlərini də deputatın diqqətinə çatdırıblar. Novruz Aslanov sakinlərin bu problemlərinin həlli məqsədilə artıq əlaqədar strukturlara müvafiq müraciətin edildiyini və bu məsələlərin diqqət mərkəzində olduğunu bildirib. Sakinlər də öz növbəsində belə məsələlərin həllinə verdiyi dəstəyə görə millət vəkilinə təşəkkür ediblər.

Qeyd olunub ki, Novruz Aslanov bu ilin əvvəlindən bu günə kimi İsmayıllı rayonunun 50-yə yaxın kəndində səyyar qəbullar keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR