FHN Bakıda 5 metr dərinliyində çuxura düşmüş şəxsi xilas edib

FHN Bakıda 5 metr dərinliyində çuxura düşmüş şəxsi xilas edib
# 17 sentyabr 2016 12:30 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq dərinliyi 5 metr və diametri 2 metr olan çuxura düşmüş vətandaşı cıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR