Bakı - APA. NATO-ya üzv ölkələrin müdafiə xərcləri 2016-cı ildə 3 milyard dollar artacaq.
APA-nın məlumatına görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bununla da illik artım 1,5 faiz təşkil edəcək. O, eyni zamanda NATO-nun Baltik ölkələri və Polşada 4 batalyon yerləşdirəcəyini təsdiqləyib.
Baş katib hərbi xərclərin və Şərqi Avropada hərbi aktivliyinin artmasının vacibliyini Rusiya istiqamətindən gələ biləcək təhdidlə əlaqələndirib.