Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb

Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb
# 17 mart 2016 15:38 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda 2016-cı ildə Nəsibə Cahangir qızı Zeynalovanın 100 illiyinin tamam olduğu, onun qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçdiyi və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoyduğu vurğulanıb: “Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir”.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR