Borc pul aldığı dostunu öldürməkdə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib

Borc pul aldığı dostunu öldürməkdə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib
# 10 oktyabr 2016 13:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

V. Şirinov ittihama münasibət bildirərək, özünü qismən təqsirli bilib.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov borc verdiyi V. Şirinov tərəfindən güllələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR