Şirvanda partlayış nəticəsində yaralananlardan daha biri evə buraxılıb

Şirvanda partlayış nəticəsində yaralananlardan daha biri evə buraxılıb
# 28 iyul 2016 09:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərində “Araz” zavodunda baş vermiş hadisə zamanı yaralananlarla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır : "Son məlumatımızda həkim nəzarətində müalicələrinin davam etdirildiyini bildirdiyimiz üç nəfərdən biri də evə buraxılıb, qalan iki şəxsin müalicəsi davam etdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR