Azərbaycan prezidenti hindistanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti hindistanlı həmkarını təbrik edib
# 25 yanvar 2016 16:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Hindistan prezidenti Pranab Mukherciyə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab prezident. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Hindistan arasındakı münasibətlərin xoş ənənələri mövcuddur. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR