Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Sabitliyi Şurası yaradır

Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Sabitliyi Şurası yaradır
# 13 aprel 2016 19:43 (UTC +04:00)

Bakı - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, iclasda xarici valyutada verilən istehlak kreditlərinə dair tətbiq edilmiş məhdudiyyətlə bağlı bazarın təhlili müzakirə edilib, makroprudensial siyasət çərçivəsinin müəyyən edilməsi istiqamətində tapşırıqlar verilib.


Sonda maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə məşvərətçi orqan olaraq Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bağlı görülmüş işlər müzakirə edilib və gələcək tədbirlərə dair qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR