Fransua Olland Fransa və Almaniyanı təşəbbüsü öz əlinə almasını zəruri sayıb

Fransua Olland Fransa və Almaniyanı təşəbbüsü öz əlinə almasını zəruri sayıb
# 26 iyun 2016 17:58 (UTC +04:00)

Baku-APA. Fransa prezidenti Fransua Olland Böyük Britaniyanın Avropa İttifaqından çıxmağa qərar verməsindən sonra Fransa və Almaniyanın təşəbbüsü öz əlinə almalı olduğunu bəyan edib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, F. Olland deyib ki, sıx münasibətlərinin olduğu dost, müttəfiq ölkə Avropa İttifaqından uzaqlaşmaq qərarı verib.

F. Olland bildirib ki, Almaniya və Fransa müharibə və dəhşətlərdən sonra dost münasibətlər qurmağı bacarıb və buna görə də bu iki ölkə təşəbbüsü öz əlinə almalıdır: “Biz birlikdə nəinki sülhə nail ola bilərik, eyni zamanda bu gözə ittifaqın - Avropa İttifaqının vətəndaşlarının hörmətinə nail ola bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR