Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
# 21 sentyabr 2016 21:36 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

“Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı Rəcəb Tayyib Ərdoğan Rusiyada parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Vladimir Putini təbrik edib. Söhbət zamanı həmçinin Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişaf məsələləri və Suriya münaqişəsi müzakirə edilib”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR