İqtisadiyyat Nazirliyində meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin ixrac potensialının artırılması müzakirə olunub

İqtisadiyyat Nazirliyində meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin ixrac potensialının artırılması müzakirə olunub
# 25 yanvar 2016 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir, onların təklifləri dinlənilir.

Qurumdan “APA-Economics”ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyində meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələri ilə keçirilmiş görüşdə yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin istifadəyə verildiyi bildirilib.

Görüşdə meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin ixrac potensialının daha da artırılması üçün dəstək mexanizmlərinin gücləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin nümayəndələri rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə istifadə olunan taralar və yüksək təzyiqə davamlı metal qapaqların yerli istehsalının dəstəklənməsi, onların istehsalı üçün tələb olunan xammal və komponentlərin idxalına güzəştlərin tətbiqi barədə təkliflər səsləndirib.

Görüşdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanlarının araşdırılacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR