"Azercell" iki yeni kampaniyaya start verir

"Azercell" iki yeni kampaniyaya start verir
# 17 mart 2016 14:42 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azercell” Telekom Novruz bayramı münasibətilə “Sim-Sim” və eləcə də, “Fakturalı Xətt” abunəçiləri üçün çox sərfəli şərtlərlə daha 2 yeni kampaniyaya başlayır.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, bayram ərəfəsində “Sim-Sim” abunəçiləri üçün ilk dəfə olaraq faizsiz kredit şərtləri ilə “Samsung J1 Ace” mobil telefonu abunəçilərə təqdim olunur.

Kampaniya çərçivəsində “Kombo 8” və ya “Kombo 16” tariflərindən birinə qoşulmaqla abunəçilər “Samsung J1 Ace” modelli smartfona daha sərfəli şərtlərlə sahib ola bilərlər. Belə ki, abunəçilər “Kombo 8” tarif paketinə qoşulmaqla 18 ay müddətində cəmi 19 manat, “Kombo 16” tarif paketində isə cəmi 27 manat ödəniş etməklə “Samsung J1 Ace” mobil telefonunu əldə etmək imkanı qazanırlar. Martın 16-dan etibarən “Azercell” diler şəbəkələrinə və eləcə də, “Azercell” Ekspress ofislərinə müraciət etməklə abunəçilər bu kampaniyadan yararlana bilər.

“Azercell” bütün abunəçiləri üçün də çox sərfəli bir kampaniya təqdim edir. Belə ki, 18 mart - 18 aprel tarixlərində "Samsung S7" mobil telefonu əldə edən abunəçilər növbəti 6 ay ərzində “Azercell”dən 5 GB mobil internet hədiyyə qazanacaqlar.

Bonusu aktiv etmək ucun 5 yazıb 2525-ə göndərmək və ya telefonun ekranında *100*5#YES yığmaq lazımdır. Kampaniya “Azercell” diler şəbəkələrində və eləcə də bütün “Azercell” Ekspress ofislərində keçərlidir.

“Azercell” bir daha sizi yaxınlarınızla birgə bu bayram sevincini paylaşmağa dəvət edir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR