FED-in sədr müavini bu il faiz dərəcələrinin artırılacağına işarə edib

FED-in sədr müavini bu il faiz dərəcələrinin artırılacağına işarə edib
# 22 avqust 2016 08:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) məşğulluğun tam təmin olunması və 2%-lik inflyasiya ilə bağlı məqsədlərinə çatmağa yaxındır.

APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, bunu Amerika Mərkəzi Bankının ikinci rəhbər şəxsi sayılan Stenli Fişer deyib.

FED-in sədr müavini əmək bazarında vəziyyətin yaxşılaşdığını əsas gətirərək Amerika iqtisadiyyatının sabit olduğunu qeyd edib.

Bununla belə o, faiz dərəcələrinin nə zaman artırılacağı ilə bağlı məlumat verməyib.

Ekspertlər bu çıxışı 2016-cı il ərzində faiz dərəcələrinin artırılacağına işarə kimi qəbul etsə də, investorlar bu addımın atılacağına inanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR