İtaliyanın baş naziri İrana səfər edəcək

İtaliyanın baş naziri İrana səfər edəcək
# 12 aprel 2016 00:39 (UTC +04:00)

Bakı-APA. İtaliyanın baş naziri Matteo Renzi aprelin 12-də İrana səfər edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində baş nazir İranın prezidenti Həsən Ruhani, ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşəcək, aprelin 13-də isə Tehranın ticarət-sənaye palatasında keçiriləcək biznes-forumda çıxış edəcək.

Səfərin əsas məqsədi İtaliyanın İranla əməkdaşlığa maraqlı olduğunu və rəsmi Romanın Tehranın ilk kommersiya tərəfdaşı olmaq niyyətini təsdiqləməkdir.

Məlum olduğu kimi, Matteo Renzi İran üzərindən sanksiyalar götürüləndən sonra bu ölkəyə səfər edən ilk Qərb lideridir. Həmçinin, bu, İtaliya baş nazirinin son 15 il ərzində İrana etdiyi ilk səfər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR