Göyçay sakini nərdivandan yıxılaraq ölüb

Göyçay sakini nərdivandan yıxılaraq ölüb
# 02 iyun 2016 09:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Göyçay rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Göyçay rayonunun Mırtı kəndində yaşayan Xalid Kərimov həyətində ağacdan gilas yığarkən nərdivandan yıxılıb. Xəstəxanaya yerləşdirilən X.Kərimov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR