Dünya bazarında qızıl 11 dollara yaxın bahalaşıb

Dünya bazarında qızıl 11 dollara yaxın bahalaşıb
# 10 avqust 2016 07:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 18 533,05 bəndədək, S&P 500 0,04% - 2 181,74 bəndədək, NASDAQ 0,24% - 5 225,48 bəndədək artıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,62% - 6 851,30 bəndədək, Fransa CAC-40-ı 1,19% - 4 468,07 bəndədək, Almaniya DAX-ı 2,50% - 10 692,90 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 10,90 dollar bahalaşaraq 1 357,60 dollara, gümüş isə 0,36 dollar artaraq 20,21 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR