Beş il ərzində 70 hakim barəsində inzibati icraat başlanılıb

Beş il ərzində 70 hakim barəsində inzibati icraat başlanılıb
# 01 aprel 2016 10:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Beş il ərzində Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraat başlanılıb. APA-nın məlumatına görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

R. Rzayevin sözlərinə görə, həmin hakimlərin 5-i hakimlikdən kənarlaşdırılıb, 10 hakimin iş yeri dəyişdirilib, 2 nəfərin vəzifəsi aşağı salınıb, 22 nəfərə töhmət verilib, 12 hakimə irad tutulub.

R.Rzayev əlavə edib ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR