Lavrov: “Rusiya boş dayanmayacaq”

Lavrov: “Rusiya boş dayanmayacaq”
# 29 aprel 2016 11:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Bizi əmin etməyə çalışırlar ki, Şərq tərəfdaşlığından əvvəlki kimi ərazilərin işğal edilməsi və bu ərazilərdə Rusiya təsirinin azaldılmasına yönəlmiş geosiyasi layihə kimi istifadə edilməyəcək. Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və boş dayanmayacaq”.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov İsveçin “Daqens Nyuxter” qəzetinə müsahibəsində deyib. Şərq tərəfdaşlığının İsveç və Polşanın təşəbbüsü ilə yaradıldığını deyən S. Lavrov bildirib ki, bu proqram iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi baxımından düzgün təşəbbüsdür: “Bizi əməkdaşlığa dəvət edərkən hansı şərtlərlə olduğunu soruşmuşduq. Aldığımız cavab, əlbəttə, nəzakətli idi. Lakin mahiyyəti ondan ibarət idi ki, şərtləri Brüssel müəyyənləşdirəcək. Başqa formada əməkdaşlıq təklif etdik. Ayrı-ayrı ölkələr üzrə xüsusi layihələr ayırmalı və üçlükdə - Avropa İttifaqı, Rusiya və ev sahibi ilə birlikdə bu layihəni həyata keçirib - keçirə bilməməyimizi müəyyənləşdirməli idik. Əslində isə heç nə dəyişməyib”.

S. Lavrov qeyd edib ki, Rusiya Avropa İttifaqı ilə bu mənada bərabərhüquqlu tərəf kimi dialoqa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR