Avropa Şurasının baş katibi Azərbaycan prezidentinə başsağlığı verib

Avropa Şurasının baş katibi Azərbaycan prezidentinə başsağlığı verib
# 09 dekabr 2015 14:57 (UTC +04:00)

Bakı - APA. Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş vermiş dəhşətli qəza ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Qəza nəticəsində həlak olanların ailələrinə Avropa Şurası adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını, itkin düşmüş şəxslərin sağ-salamat tapılmasını, onların axtarışı ilə məşğul olan fövqəladə xidmət əməkdaşlarına cəsarət və əzmkarlıq arzu edirəm".

Qeyd edək ki, dekabrın 4-də baş vermiş qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR