Azərbaycan Budapeştdə keçirilən Dünya Musiqisi Eksposunda iştirak edir

Azərbaycan Budapeştdə keçirilən Dünya Musiqisi Eksposunda iştirak edir
# 23 oktyabr 2015 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Budapeştdə keçirilən Womex - Dünya Musiqisi Eksposunda iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı xalq yaradıcılığı şöbəsinin muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva və “Natiq” Ritm Qrupunun musiqiçiləri təmsil edir.

1994-cü ildən bu günədək tədbirə Azərbaycandan Baba Mahmudoğlu, Zabit Nəbizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov, “Quba” və “Qarabağ” ansamblları, caz ifaçısı Elçin Şirinov qatılıblar. Qonaqlara Azərbaycanın milli musiqisinin təbliği məqsədilə kitablar, CD disklər paylanıb, xüsusi hazırlanmış Azərbaycan loqosu ilə USB-lər və müxtəlif rəngli çətirlər hədiyyə olunub.

Oktyabrın 22-də Womex çərçivəsində keçirilən konsertlər çərçivəsində “Natiq” Ritm Qrupunun solo konserti təşkil olunub.

Ekspo oktyabrın 25-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR