Peskov: "Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü avqustun ilk ongünlüyündə keçiriləcək"

Peskov: "Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü avqustun ilk ongünlüyündə keçiriləcək"
# 13 iyul 2016 11:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşünün avqustun ilk ongünlüyündə keçirilməsi planlaşdırılır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatırladaq ki, İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur görüşün avqustun 8-də baş tutacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR