Türkiyədə 35 FETÖ-çu jurnalistin tutulması barədə qərar verilib

Türkiyədə 35 FETÖ-çu jurnalistin tutulması barədə qərar verilib
# 30 avqust 2016 09:26 (UTC +04:00)

Bakı-APA. Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) mediadakı təşkilatlanmasına ilə bağlı istintaq çərçivəsində 35 şübhəlinin saxlanılması barədə qərar verilib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 35 şübhəlidən artıq 9-u saxlanılıb.

Şübhəlilərin həm mətbuat orqanlarında, həm də sosial şəbəkələrdə FETÖ lehinə təbliğat apardıqları bildirilir. Saxlanılanlar arasında tanınmış yazarlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR