Lavrov: “Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir”

Lavrov: “Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir”
# 11 aprel 2016 13:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Gürcüstanla iqtisadi əlaqələrimiz inkişaf edir, Moskva Tbilisinin ikinci ən mühüm ticarət tərəfdaşıdır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.

“Rusiya hazırda Gürcüstanın ikinci ən mühüm ticarət tərəfdaşıdır. Gürcüstan məhsullarının idxalçıları nəzərə alınsa, biz bu sahədə 5-ci sırada dururuq. Fikrimcə, bu, çox yaxşı göstəricidir. Bütün bunlara 2 il yarım əvvəl Moskva və Tbilisi tərəfindən atılan qarşılıqlı addımlar sayəsində nail olunub”, - deyə Rusiya xarici işlər naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR