Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da ən yaxşı nəticə göstərmiş təhsil işçiləri ilə görüşüb

Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da ən yaxşı nəticə göstərmiş təhsil işçiləri ilə görüşüb
# 07 may 2016 11:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da yüksək nəticə göstərmiş təhsil müəssisələrinin əməkdaşları ilə görüşüb.

APA-nın xəbərinə görə, təhsil naziri bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2016” Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, geniş ictimaiyyət və xüsusilə gənclər arasında sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah addımlar atmaq naminə bir araya gətirmək məqsədi ilə təşkil olunub. Onun sözlərinə görə, "Bakı Marafonu 2016" Azərbaycanın sülhsevər və tolerant missiyasına uyğun olaraq, müxtəlif millətlərin nümayəndələrinin vahid məqsəd ətrafında birləşdirməyə xidmət edib.

M.Cabbarov bu tədbirlərin gözəl bir ənənəyə çevriləcəyinə və gələcəkdə bu yarışlara marağın daha böyük olacağına ümidvar olduğunu nəzərə çatdırıb: “İnaniram ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu tədbir ənənəvi olacaq. Ümid edirik ki, növbəti yarışlarda da təhsil müəssisələrinin əməkdaşları qatılaraq yeksək nəticələr göstərəcəklər”.

Görüşdə qeyd olunub ki, "Bakı Marafonu 2016"da təhsil müəssisələrinin əməkdaşları və idmançıları Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova yüksək nəticə göstərib.

Görüşün sonunda təhsil naziri marafon iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR