Gənc Tamaşaçılar Teatrında uşaq tamaşasının premyerası olacaq

Gənc Tamaşaçılar Teatrında uşaq tamaşasının premyerası olacaq
# 26 yanvar 2016 11:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yanvarın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk uşaq tamaşası olan “Dovşanın ad günü” tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uşaq yazıçısı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa əsaslı bərpa olunaraq yenidən repertuara daxil edilib.

X. Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunub.

Səhnə əsərində əsas rolları İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR