"Azəriqaz" noyabrda 14,5 min yeni abonenti qeydə alıb

"Azəriqaz" noyabrda 14,5 min yeni abonenti qeydə alıb
# 10 dekabr 2015 13:38 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ilin noyabr ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 14 547 yeni abonent qeydiyyata alınıb.

Birlikdən "APA-Economics"ə verilən məlumata görə, bunlardan 3371-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 11176-sı isə regionların payına düşüb. Ümumiyyətlə, cari ilin yanvar-noyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 82658 təşkil edib. Bu göstəricinin də 28275-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 54383-ü isə regionlar üzrə olub.

Cari ilin noyabr ayında əhali sektoru üzrə 280 mln. 413 min 543 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 93,2% təşkil edib.

Onu da qeyd edək ki, dekabr 1-ə olan məlumata görə, əhali sektoru üzrə 125 594 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.

Bundan əlavə, 337 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR